• Bakı C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Səudiyyə bu gün 2 raket və 7 PUA-nı məhv etdi

DÜNYA

12 Mart 2026 | 23:37

Səudiyyə bu gün 2 raket və 7 PUA-nı məhv etdi

Səudiyyə Ərəbistanı cümə axşamı günü Şərq əyalətinə, digəri isə Şahzadə Sultan hava bazasına atılan iki ballistik raketi məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP-nin məlumatında deyilir.

Krallığın Müdafiə Nazirliyi həmçinin X platformasında paylaşım edərək bildirib ki, Şeybah neft yatağına doğru gedən yeddi dron da məhv edilib. Bununla da neft yatağını hədəf alarkən vurulan dronların ümumi sayı 10-a çatıb.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran isə buna cavab olaraq region ölkələrində ABŞ hədəflərinə zərbələr endirməyə başlayıb.


SON XƏBƏRLƏR

12 Mart 2026