• Bakı C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Səudiyyə Ərəbistanından Trampa cavab

DÜNYA

05 Fevral 2025 | 12:14

Səudiyyə Ərəbistanından Trampa cavab

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Fələstin dövlətinin yaradılması ilə bağlı mövqelərinin dəqiq və sarsılmaz olduğunu açıqlayıb.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Bu bəyanat, ABŞ-ın prezidenti Donald Trampın, “Səudiyyə Ərəbistanı İsraillə normallaşma üçün Fələstin dövlətinin yaradılması şərtindən imtina edib” iddiasından sonra verilib.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Səudiyyə Ərəbistanının Fələstin məsələsindəki mövqeyi dəyişməzdir və Vəliəhd Şahzadə Məhəmməd bin Salman bu mövqeyin hər hansı bir müzakirəyə açıq olmadığını açıq və qəti şəkildə təsdiqləyib.

Bəyanatda həmçinin vurğulanıb ki, Bin Salman 18 sentyabr 2024-cü ildə Şura Məclisinin doqquzuncu sessiyasının açılışında etdiyi çıxışında, Səudiyyə Ərəbistanının paytaxtı Şərqi Qüds olan müstəqil bir Fələstin dövlətinin qurulması üçün mübarizəsini davam etdirəcəyini və bu reallaşmadan İsraillə diplomatik əlaqə qurmayacağını bildirib.

Nazirlik əlavə edib ki, Səudiyyə Ərəbistanı bu mövqeyinin nə müzakirə, nə də ticarət mövzusu ola biləcəyini və Fələstin xalqı beynəlxalq legitim qərarlar çərçivəsində hüquqlarını əldə etmədiyi müddətcə bölgədə qalıcı və ədalətli sülhün mümkün olmayacağını vurğulayır.

Açıqlamada həmçinin qeyd olunub ki, bu prinsipial mövqe həm əvvəlki, həm də indiki ABŞ administrasiyalarına dəfələrlə bildirilib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR