• Bakı 19° C

    9.3 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Sevgiyə inanmayan bürclər - Onu vaxt itkisi sayırlar

CƏMİYYƏT

11 Sentyabr 2024 | 17:55

Sevgiyə inanmayan bürclər - Onu vaxt itkisi sayırlar

Bəzi bürclər romantik münasibətlərə və sevgiyə şübhə ilə yanaşırlar. Onlar üçün sevgi emosional bağlılıqdan çox zəiflik və ya vaxt itkisi kimi görünür.

Bakıvaxtı.az xəbər verir ki, bu bürclər daha çox məntiqlərinə arxalanaraq emosional dərinlikdən uzaq durmağa üstünlük verirlər.

Oğlaq bürcü təvazökar, realist və iddialı bürcdür. Sevgi Oğlaq üçün çox vaxt irrasional bir emosiyadır və uğurlarına mane olmamalıdır. Onlar adətən sevgiyə uzaq və soyuqqanlı yanaşırlar. Emosional bağlılığa deyil, məsuliyyətə və uğura diqqət yetirmək Oğlaq bürcü üçün prioritetdir. O, sevginin müvəqqəti olduğuna və tez-tez zəiflədiyinə inana bilər.

Əkizlər bürcləri dəyişkən və maraqlı təbiətlərinə görə uzunmüddətli emosional öhdəliklər qurmaqda çətinlik çəkə bilər. Əkizlər sevgiyə inanmaq, bir insana bağlanmaq əvəzinə, daim yeni təcrübələr axtarırlar. Bu, onun sevgiyə şübhə ilə yanaşmasına səbəb ola bilər. Əkizlər dərin emosional öhdəlik götürməkdən qaçırlar. Çünki sevginin onların azadlıqlarını məhdudlaşdırdığını düşünürlər.

Oxatan bürcü azadlıq və macəra həvəsi ilə tanınır. Uzunmüddətli öhdəliklər və dərin emosional münasibətlər Oxatan üçün məhdudlaşdırıcı ola bilər. Onun üçün sevgiyə inanmaqdansa, həyatın təqdim etdiyi imkanları araşdırmaq və müstəqil qalmaq daha vacibdir. Oxatan bürcü sevginin gətirdiyi məsuliyyətlərdən qaça bilər və bu səbəbdən sevgidən uzaqdırlar. (Teleqraf.com)


SON XƏBƏRLƏR

03 Oktyabr 2024