• Bakı 18° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

CƏMİYYƏT

24 Oktyabr 2025 | 13:54

Növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb, açarlar təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Seyidbəyli kəndinə köçürülən ailələrin sayı 27-yə (92 nəfər) çatıb.

***

13:28

Növbəti köç  karvanı Xocalının Seyidbəyli kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə köçürülüb.

    ***

    11:46

    Xocalı rayonu Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.

    Bakıvaxtı.az xəbər verir ki, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.

    Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

    Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə (92 nəfər) çatdırılıb.


    SON XƏBƏRLƏR

    23 Oktyabr 2025