• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” 

CƏMİYYƏT

17 Avqust 2026 | 12:08

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” 

Çinin moda brendi “Shein”in məhsullarının etiketlərindəki çağırış müzakirı mövzusuna çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, X sosial şəbəkəsində yayılan bəzi fotolarda geyimlərin etiketlərində “Need your help” (“Yardımınıza ehtiyacımız var”) və buna bənzər ifadələrin yazıldığı görünür.

Paylaşımlarda bu mesajların aralarında uyğurların da olduğu və məcburi əməyə məruz qaldığı iddia edilən işçilər tərəfindən gizli şəkildə yazıldığı irəli sürülür.

Sosial mediada yayılan iddialara görə, fabriklərdə məcburi işlədilən uyğurlar “Yardımınıza ehtiyacımız var. Gündə 15 saat işləyirik. Donuzlar və itlərlə eyni yeməyi yeyirik” sözləri ilə dünyadan yardım istəyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026