• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri oldu - VİDEO

CƏMİYYƏT

26 Iyun 2023 | 21:33

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri oldu - VİDEO

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026