“SİMA İmza” mobil tətbiqinin yüklənilmə sayı 4 milyonu, tərəfdaş sayı isə 75-i ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu "APA-Economics"ə müsahibəsində “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov deyib.
O bildirib ki, rəqəmsal imzanın İnternet Vergi İdarəsinin portalında fərdi sahibkarlar üçün elektron xidmətlərə əlçatanlıq təmin edilib:
"Həmçinin SİMA brendi altında qanunvericiliyin tələblərinə tam uyğun olan və şəxsiyyətin uzaqdan autentifikasiyasını təmin edən “Videoyazı” və “Videozəng” rəqəmsal həllərini ictimaiyyətə təqdim etmişik. Məhsul və xidmətlərimizin təkmilləşdirilməsi, tələbata uyğun olaraq məhsul kateqoriyamızın genişləndirilməsi, vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadəsinin təşviqi və bununla da vətəndaş məmnunluğunun artırılması, yekunda ölkəmizin, yəni biznes sektoru və dövlət qurumları da daxil olmaqla, ümumilikdə cəmiyyətimizin rəqəmsal inkişafı üçün müvafiq işləri davam etdiririk".