• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şimali Koreyada sürpriz dəyişiklik: Kim Çen Inın varisi açıqlandı

DÜNYA

18 Mart 2024 | 22:00

Şimali Koreyada sürpriz dəyişiklik: Kim Çen Inın varisi açıqlandı

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju-e-nin atasının varisi olma ehtimalı istisna oluna bilməz.

Bakıvaxtı.az  bildirir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byon Sam deyib.

Ölkə rəsmisi Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızıyla bölgələrə son səfərləri ilə bağlı xəbərlərini dəyərləndirib.

KCNA-nın bundan öncə Kim Ju-e-ni təqdim edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Ku rəsmi materiallarda Kim Çen In və qızı üçün "rəhbərlik edən böyük insanlar" ifadəsinin işlədildiyini deyib.

Nazirliyin sözçüsü bu ifadənin Şimal Koreya liderləri təqdim olunarkən istifadə edildiyini vurğulayıb.

"Şimali Koreyanın rəsmi mediasında istifadə edilən ifadələr və protokol qaydalarına görə Kim Ju-e-nin varis olması ehtimalı istisna edilə bilməz", - Ku Byon Sam söyləyib.

Şimali Koreya liderinin qızı Kim Ju-e 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib./teleqraf.com


SON XƏBƏRLƏR

26 Aprel 2024