• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Şimali Koreyanın yeni müdafiə naziri bu şəxs oldu

DÜNYA

09 Oktyabr 2024 | 13:53

Şimali Koreyanın yeni müdafiə naziri bu şəxs oldu

No Qvan Çxol Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) 11-ci sessiyasında KXDR-in yeni müdafiə naziri təyin edilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.

KMTA həmçinin bildirir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.

Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu.


SON XƏBƏRLƏR