Azərbaycanın idman gimnastları Nikita Simonov və Dəniz Əlizadə Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar.
Bakıvaxtı.az-ın məlumatına görə, N.Simonov halqalar üzrə hərəkətlərdə uğurlu çıxış edib.
O, 13.966 xalla beşinci olub və finala yüksəlib.
D.Əlizadə isə dayaqlı tullanmada 8-ci yeri tutduğu üçün həlledici raundda iştirak hüququ qazanıb. Gimnast təsnifatda 12.516 xala layiq görülüb.
Qeyd edək ki, Dünya Kuboku martın 8-də başa çatacaq.
Bakı 




