Ermənistan Milli Məclisinin sədri Alen Simonyan keçmiş prezident Robert Koçaryanə məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, parlamentin sədri ünvanına səsləndirilən təhqiramiz ifadələrə görə R.Koçaryandan açıq şəkildə üzr istəməsini və bir milyon dram (4 500 manat) məbləğində təzminat ödənilməsini tələb edib.
Məlumata görə, insident 2026-cı il yanvarın 29-da Koçaryanın mətbuat konfransı zamanı baş verib. Jurnalistin ordudakı vəziyyətlə bağlı sualına cavab verən sabiq prezident Alen Simonyan haqqında təhqiramiz ifadələr işlədib.
Bakı 




