Elm və təhsil naziri Emin Əmrullayev Bakıda nəqliyyat sıxlığının artması fonunda məktəb və ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi məsələsinə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, nazir yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, məsələyə yalnız təhsil çərçivəsində deyil, ictimai davranış aspektindən də yanaşmaq lazımdır.
“Biz həmişə bildiririk ki, ən yaxşı məktəb evinizə yaxın olan məktəbdir. Həmin məktəbləri yaxşı etməyə çalışmalıyıq. Ali məktəblərdə isə vəziyyətə uyğun qərarlar verilə bilər. Lakin hazırda bununla bağlı konkret bir qərar yoxdur”, – deyə Emin Əmrullayev bildirib.
Nazir valideynlərə də müraciət edərək övladlarını məktəbə apararkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edib.
















