• Bakı 28° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

"Şıxov"da iki qadın boğuldu - YENİLƏNİB

CƏMİYYƏT

10 Avqust 2026 | 16:16

Şıxovda iki qadın boğuldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    15:56

    Bakıda dənizdə iki nəfər boğulub.

    Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib.

    Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Avqust 2026