Slovakiya polisi Baş nazir Robert Fitsoya qarşı istintaq başladıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müxalif Azadlıq və Həmrəylik partiyasının lideri Branislav Qrölinq sosial mediada məlumat verib. Buna səbəb onun Kiyevə yardımı dayandırması olub:
"Bir ay əvvəl Fitsoya qarşı dövlətə xəyanət və digər cinayətlər şübhəsi ilə cinayət işi qaldırdım. Həmkarlarımdan əlavə, bu şikayətə 13 mindən çox insan qoşulub".
Qrölinqin sözlərinə görə, şikayət Slovakiya Baş Prokurorluğundan regional prokurorluğa, daha sonra isə polisə göndərilib.
Onların fikrincə, Fitso Ukraynaya elektrik təchizatı ilə bağlı yardımları dayandırmağa yönəlmiş hərəkətləri ilə bir sıra cinayətlər törətmiş ola bilər.
Xatırladaq ki, Slovakiya hakimiyyəti Ukrayna ilə təcili enerji təchizatını nəzərdə tutan müqaviləni ləğv edib./Modern.az
Bakı 




