• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

SOCAR Ukraynada benzinin qiymətini azaldıb: Azərbaycanda da ucuzlaşa bilər? -SOCAR-dan açıqlama

CƏMİYYƏT

24 May 2021 | 18:05

SOCAR Ukraynada benzinin qiymətini azaldıb: Azərbaycanda da ucuzlaşa bilər? -SOCAR-dan açıqlama

Ukrayna hökumətinin yanacaq növlərinə qiymət həddi təyin etməsi ilə bağlı qərarından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Energy Ukraine" 21-24 may müddətində A-92 və A-95 benzinin qiymətlərini azaldıb.

Azərbaycanda da benzinin qiyməti ucuzlaşa bilər? 

SOCAR-ın sözçüsü İbrahim Əhmədov Bakivaxti.az-a bildirib ki,  Azərbaycanda Ai-92 və dizel yanacağının qiymətini Tarif Şurası təyin edir.

“Onun qiyməti ilə bağlı yalnız həmin qurum açıqlama verə bilər. Premium və Super markalı benzinlər isə idxal olunur, onların qiyməti dünya bazarlarında dəyişəndə, Azərbaycanda da dəyişib və ötən 1,5 il ərzində bir neçə dəfə dəyişib. Beynəlxalq ticarətdə bu benzin növlərinin qiyməti düşərsə, Azərbaycanda da düşə bilər. Yüksələrsə, Azərbaycanda da eyni şəkildə təsir göstərə bilər”,-deyə İ.Əhmədov bildirib.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026