• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ŞOK statistika: "Neftçi"nin son 32 ildəki ən uğursuz nəticəsi - 5 oyun...

İDMAN

02 Sentyabr 2024 | 10:51 | Müəllif: Əli Hüseynov

ŞOK statistika: "Neftçi"nin son 32 ildəki ən uğursuz nəticəsi - 5 oyun...

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.

Roman Qriqorçukun yetirmələri “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb. 1992-ci ildə keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurublar.

İlk belə hadisə 2017/2018-ci illər mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026