• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Son bir ildə neçə uşaq övladlığa götürülüb?

CƏMİYYƏT

31 Yanvar 2023 | 10:53

Son bir ildə neçə uşaq övladlığa götürülüb?

Keçən il 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır. Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1 337 monitorinq aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.


SON XƏBƏRLƏR