Rusiya Tayvan, Sincan, Tibet və Honq Konqla bağlı məsələlərdə Çin hökumətini dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin xarici işlər naziri Vanq Yi ilə strateji təhlükəsizlik üzrə məsləhətləşmələr zamanı deyib.
"Mən Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Pekinə davamlı və sarsılmaz dəstəyimizi bir daha təsdiqləmək istəyirəm. Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir", - o vurğulayıb.
Bakı 



