Çinin şimal-şərqində gözlənilən soyuq dalğa və qar fırtınası ilə əlaqədar "sarı xəbərdarlıq" elan edilib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Çinin şimal və mərkəzi bölgələrinin əksəriyyətində hava istiliyinin yaxın 4 gündə 6-10 dərəcə aşağı düşəcəyi bildirilib.
Açıqlamada bu gün və sabah Daxili Monqolustan Muxtar Bölgəsində və ölkənin şimal-şərqindəki Heylongciang, Cilin və Liaoniq əyalətlərində qar fırtınası gözlənildiyi, pis hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edildiyi qeyd edilib.
Əli Hüseynov