• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Spikerdən Rüstəmxanlıya İRAD:  Çıxışınızdan nöqsanlar hiss olunur

SİYASƏT

20 Fevral 2026 | 13:44

Spikerdən Rüstəmxanlıya İRAD:  Çıxışınızdan nöqsanlar hiss olunur

Milli Məclisin sədri Sahibə Qafarova deputat Tənzilə Rüstəmxanlıya irad bildirib.

Bakıvaxtı.az xəbər verir ki, T. Rüstəmxanlı “Uşaq hüquqları haqqında” qanun layihəsindən danışarkən uşaqların qorunmasında milli adət-ənənələrimizin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, valideyn–övlad bağlılığı, ailə nizamı və milli əxlaq bir-birini tamamlayan əsas sütunlardır və uşaqları qorumağın ən doğru yolu minilliklərə söykənən adət-ənənələrimizi qoruyub cəmiyyətə ötürməkdir.

Sahibə Qafarova isə deputata irad edərək bildirib ki, ailə dəyərləri Azərbaycanda yüksək səviyyədə qorunur və qəbul edilən qanunlar bunun sübutudur. Spiker vurğulayıb ki, hər kəs reallıqları görməli və açıq ifadə etməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR