• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Srebrenitsa soyqırımında həlak olmuş 14 qurbanın tabutları hazırlanıb
 

DÜNYA

05 Iyul 2024 | 16:47

Srebrenitsa soyqırımında həlak olmuş 14 qurbanın tabutları hazırlanıb 

Srebrenitsa soyqırımının 29-cu ildönümündə dəfn olunacaq 14 qurbanın tabutları hazırlanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, soyqırımın 29-cu ildönümündə dəfn ediləcək 14 qurbanın tabutları hazırlanıb.

İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük insan faciəsi sayılan Srebrenitsa Soyqırımının 14 qurbanı hadisənin ildönümündə, yəni iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada baş verən və 8 mindən çox bosniyalı mülki vətəndaşın vəhşicəsinə qətlə yetirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR