• Bakı 21° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şri-Lankada daşqınlar 56 nəfərin ölümünə səbəb olub

DÜNYA

28 Noyabr 2025 | 10:48 | Müəllif: Əli Hüseynov

Şri-Lankada daşqınlar 56 nəfərin ölümünə səbəb olub

Şri-Lankada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 56-ya yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Mərkəzi 21 nəfərin itkin düşdüyünü, yüzlərlə evin və müxtəlif infrastruktur obyektlərinin su altında qaldığını açıqlayıb.

Məlumata görə, hökumət təhlükəsizlik məqsədilə bütün dövlət idarələrinin və məktəblərin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Dağlıq bölgələrdə sürüşmələr səbəbindən bir sıra qatar xətləri bağlanıb, nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər tətbiq edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026