• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Starmer İngiltərə ictimaiyyətindən üzr istədi

DÜNYA

05 Fevral 2026 | 16:20

Starmer İngiltərə ictimaiyyətindən üzr istədi

Böyük Britaniyanın Baş naziri Keir Starmer Epşteynlə əlaqələri üzə çıxan keçmiş səfir Peter Mandelsonu diplomatik vəzifəyə təyin etdiyinə görə ictimaiyyət qarşısında üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Starmer bildirib ki, Mandelsonun Epşteynlə münasibətləri barədə yalan danışdığı sonradan məlum olub və bu səbəbdən təyinatla bağlı dərin təəssüf hissi keçirir.

Qeyd edək ki, ABŞ-də açıqlanan Epşteyn sənədlərində Mandelsonun milyarder vasitəçidən 75 min dollar aldığı və onunla yaxın əlaqələr saxladığı göstərilib.

Hadisə Leyborist Partiyası daxilində ciddi narahatlıq yaradıb və Starmerin liderliyinə dair müzakirələri gücləndirib. Böhran fonunda Mandelson əvvəlcə partiyadan, daha sonra isə Lordlar Palatasından istefa verib.

Əli Hüseynov


SON XƏBƏRLƏR