Dünən texnologiya dünyası üçün çox vacib bir gün idi. Amerikanın texnologiya nəhəngi Apple dünən keçirdiyi tədbirdə çoxdan gözlənilən yeni iPhone modellərini rəsmən təqdim etdi.
Bakıvaxtı.az xəbər verir ki, iPhone 14 və onun versiyaları ölkəmizdə daha çox qiymətlərlə gündəmə gətirilib. Xaricdə isə yeni iPhone fərqli bir mövzu ilə gündəmə gəldi.
Apple-ın hər il eyni məhsulu bir neçə kiçik toxunuşla istifadəçilərə satması tez-tez gündəmə gələn bir tənqiddir. Bu vəziyyət iPhone 14-ün təqdimatından sonra dəyişməyib. Yeni iPhone-da gözlənildiyi qədər böyük dəyişikliklər görməyən kütlə yenə Apple-ı hədəf aldı.
Maraqlıdır ki, bu dəfə Stiv Cobsun qızı da bu kütlədə olub. "Apple"ın qurucusu Stiv Cobsun qızı Eve Cobs Instagram hesabında etdiyi paylaşımda iPhone 14 ilə məzələnib.
"Apple"ın təqdimatından sonra "iPhone" 13-dən 14-ə keçən mən" yazıb. Həmin paylaşımda geyindiyi köynəyin eyniyisindən alan bir qocanın şəklini yayımlayıb. 23 yaşlı Eve Jobsun bu postu ortaya qoydu ki, Apple-ın illərdir demək olar ki, eyni məhsulu bazara çıxarması, sanki bir neçə kiçik dəyişikliklə inqilabi yeniliklər təklif edirmiş kimi etməsi artıq heç kəsi inandıra bilməz.
Aytac Aslan
















