• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Stoltenberq: "Ukraynanın qələbə qazanması üçün təməllər qoyuruq"

DÜNYA

12 Iyul 2024 | 17:32

Stoltenberq: Ukraynanın qələbə qazanması üçün təməllər qoyuruq

"Avropa ölkələri Ukraynaya yardımda ABŞ-dən geri qalmır".

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının son günlük iclaslarından sonra keçirilən mətbuat konfransında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, bildirib ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gəlmək üçün lazımi şəraiti təmin edib:

"NATO müttəfiqləri gələn il ərzində Ukraynaya ən azı 40 milyard avro da daxil olmaqla, böyük maliyyə öhdəliyi götürməyə razılaşıblar. Bu öhdəlik hərbi dəstək baxımından daha böyük yükün bölüşdürülməsini təmin edəcək".

Baş katib onu da qeyd edib ki, NATO Ukrayna qüvvələrinin müttəfiq ölkələrdəki obyektlərdə təlimini koordinasiya edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Avqust 2024