Afrika ölkəsi olan Çadın şərq hissəsində baş verən icmalararası qarşıdurma nəticəsində 40-dan çox insan həyatını itirib.
Bu barədə Bakıvaxtı.az "France-Presse" agentliyinə istinadən xəbər verir.
Hökumət nümayəndəsi Brahima İssu Qalmaye bildirib ki, toqquşmaya iki ailə arasında su quyusuna görə yaranan mübahisə səbəb olub. Vadi-Fira bölgəsində qeydə alınan qanlı insidentin qurbanlarının sayı 42 nəfərə çatıb.
Qeyd edək ki, sözügedən Afrika ölkəsinin şərqində torpaq, mal-qara və su ehtiyatlarına çıxış üstündə yaranan bu cür münaqişələrə tez-tez rast gəlinir. "International Crisis Group" qeyri-hökumət təşkilatının məlumatına əsasən, 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə analoji toqquşmalarda mindən çox insan ölüb, iki minə yaxın şəxs isə xəsarət alıb./ Oxu.Az
Bakı 




