• Bakı 16° C

    2.64 m/s

Süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlandı

    CƏMİYYƏT

    27 Fevral 2026 | 14:42

    Süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlandı

    Mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Saatlı rayonunun Fətəlikənd kəndində “BFT Cheesella” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, emal müəssisəsində aparılan yoxlama zamanı qida məhsullarının etiketində məlumatların tam və dolğun göstərilmədiyi, yağ hazırlanma bölümündə havalandırma sisteminin qurulmadığı müəyyən olunub. Həmçinin temperaturun monitorinqi və qeydiyyatının aparılmasına dair jurnal yoxlamaya təqdim edilməyib.

    Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin səlahiyyətli nümayəndəsi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.


    Süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlandıSüd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlandı
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Oktyabr 2026