Sudanın hava hücumundan müdafiə sistemləri sahilyanı Port Sudan şəhərinə yeni dron hücumunu uğurla dəf edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, səhər saatlarında şəhərə doğru bir neçə pilotsuz uçuş aparatını buraxan Çevik Hücum Qüvvələrinin (RRF) hücumu qeydə alınıb.
Qeyd olunub ki, ölkənin şimal-şərqində Qırmızı dəniz sahilində yerləşən Port Sudan mühüm inzibati mərkəz olaraq qalır, burada müvəqqəti hökumət orqanları və xarici dövlətlərin diplomatik nümayəndəlikləri yerləşir.
Bildirilib ki, son zamanlar şəhər getdikcə daha çox hava hücumlarına məruz qalır. Belə ki, çərşənbə axşamı pilotsuz təyyarələr Port Sudan hava limanına və bir sıra strateji əhəmiyyətli obyektlərə zərbələr endirib. Atışma yanğına səbəb olub və hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Mina Mikayılova