"Ukrayna ilə sülh danışıqları asan deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Rusiya XİN başçısı bildirib ki, bununla belə, kompromis üçün möhkəm ümid var.
Danışıqlarda iştirak edənlərin rəylərini rəhbər tutduğunu deyən Lavrov bildirib ki, onlar danışıqların məlum səbəblərdən yaxşı getmədiyini bəyan edirlər.
Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə Türkiyədə keçirilən görüşdə heç bir yeni ideya irəli sürülmədiyini də deyib. Qeyd edək ki, Lavrov və Kuleba arasında danışıqlar martın 10-da Antalyada keçirilib.
Ramid İbrahimov
















