• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Sülh ermənilər üçün yeganə xilas yoludur: Kilsənin hərəkatı fiaskoya uğrayır

SİYASƏT

23 May 2024 | 16:35

Sülh ermənilər üçün yeganə xilas yoludur: Kilsənin hərəkatı fiaskoya uğrayır

Azərbaycanla sülh razılaşmasının imzalanması istiqamətində işlər davam etdirilir. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Onun sözlərinə görə, tərəflər arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, rəsmi səviyyədə davam edəcək müzakirələr nəticəsində hökumət Azərbaycanla sülh müqaviləsinin yekun variantı ilə bağlı razılıq əldə olunacağına inanır. Kostanyan əlavə edib ki, Azərbaycan tərəfi ilə növbəti görüşün vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında sonuncu dəfə danışıqlar mayın 10-11-də Almatıda baş tutub.

Sabiq prezident Serj Sərkisyan isə Ermənistan-Azərbaycan sərhədində münaqişəli vəziyyətin davam etməsini istəyir. Ermənistan "Məlumatlı Vətəndaşlar İttifaqı" ictimai təşkilatının rəhbəri Daniel İoannisyan deyib ki, Sərkisyan Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasında da maraqlıdır. Onun sözlərinə görə, Sərkisyan iqtidarın “yanlış addımlar”ından istifadə edərək hakimiyyəti ələ keçirmək istəyir.

Bu arada “Hraparak” qəzeti də yazıb ki, müxalif siyasi qüvvələr arasında revanşist “Vətən naminə Tavuş” Hərəkatının rəhbəri Baqrat Qalstanyanın baş nazir postuyla bağlı razılaşma var. Nəşr bildirib ki, Baqratın özü namizəd və mümkün hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq istəmir.

Ermənistanda cərəyan edən prosesləri Bakıvaxtı.az-a dəyərləndirən siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, Ermənistanda ictimai rəy müharibə istəmir.

H.Rüstəmovun sözlərinə görə, erməni ictimaiyyəti dərk edir ki, sülh onlar üçün hazırda nəinki ən uyğun variantdır, həm də yeganə xilas yoludur:

"Təsadüfi deyil ki, Paşinyan da əleyhdarlarına qarşı həmişə müharibə təhlükəsini aktuallaşdırır. Kilsənin hərəkatı isə artıq fiaskoya uğrayıb, getdikcə tərəfdarları azalır və uğura ümidləri tükənir. Ona görə də hazırkı erməni iqtidarının onların heç bir tələbini nəzərə almaması tamamilə anlaşılandır”.

Həsrət Rüstəmov: Paşinyan hökuməti ictimai rəyi, beynəlxalq vəziyyəti düzgün qiymətləndirir

Görünən odur ki, Paşinyan hökuməti ictimai rəyi və regional, həmçinin beynəlxalq vəziyyəti düzgün qiymətləndirir. Ona görə də sülhə doğru düzgün addımlar atır.

“Həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələri qurmağa çalışır. Bu siyasətin hələlik Ermənistanda nəzərəçarpan alternativi yoxdur və güman ki, hazırkı hökumət sülh prosesini yekunlaşdıranadək dözə biləcək", - deyə Həsrət Rüstəmov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

15 Iyun 2024