• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Sülh müqaviləsinin əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik - Prezident

SİYASƏT

01 Iyul 2024 | 17:39

Sülh müqaviləsinin əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik - Prezident

Bununla yanaşı, hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

    “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”, - dövlət başçısı deyib.

    Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.


    SON XƏBƏRLƏR

    03 Iyul 2024