Ukraynada sülh yolu ilə nizamlanmaya qarşı çıxan hər kəs uzun müddət qala bilməz.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Siyasətçi etiraf edib ki, kimsə Ukraynada sülh yolu ilə nizamlanmaya dair “sövdələşmənin” əleyhinə çıxış edə bilər.
“Əgər kimsə razılaşmaq istəmirsə, mən düşünmürəm ki, o adam uzun müddət davam edə bilməyəcək. Bu adam uzun müddət dinlənilməyəcək, çünki mən Rusiyanın razılıq əldə etmək istədiyinə inanıram”, - Tramp bildirib.
O əlavə edib ki, baş verənlərdən ən çox əziyyət çəkən Ukrayna xalqının da eyni istəyinə inanır.