• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sülhməramlılar Qarabağda alverlə məşğuldur - Zöhrabyan

SİYASƏT

07 Iyul 2023 | 18:09 | Müəllif: Subhan Mahmudov

Sülhməramlılar Qarabağda alverlə məşğuldur - Zöhrabyan

Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zöhrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən Naira Zöhrabyan fikrinin davamında bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.

“Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər”, - deyə N.Zöhrabyan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026