“Nun” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Bakıvaxtı.az bu barədə Parkın idarəçisi - İqtisadiyyat Nazirliy yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bununla da Parkın rezidentlərinin sayı 39-a çatıb.
Yeni rezident parkda polimer kisə istehsal edəcək. Layihənin investisiya dəyəri 11,2 milyon manatdır.
Hindistanın "Lohia Corp Ltd." şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.