• Bakı 14° C

    10.74 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

43 yaşlı kişinin vurulan iynədən sonra öldüyü iddia olunur 

HADİSƏ

21 Oktyabr 2025 | 16:15

43 yaşlı kişinin vurulan iynədən sonra öldüyü iddia olunur 

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev qəfil dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 41 "A" məhəlləsində baş verib.

A.Baxşıyev gecə saatlarında özünü pis hiss edərək mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək təcili tibbi yardıma müraciət ediblər.

Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR