• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Sumqayıtda 7 min 500 abonent QAZSIZ QALACAQ

CƏMİYYƏT

22 Aprel 2025 | 17:37

Sumqayıtda 7 min 500 abonent QAZSIZ QALACAQ

Sumqayıt şəhərində 7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”un yerürosuna Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) məlumat verilib.

Qeyd olunub ki,Sumqayıt şəhəri "Sumqayıt" QTM-in yaxınlığında yerləşən d530mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin karroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı çəkilmiş qaz xəttinin aprelin 23-də saat 10:00 dan etibarən işlər yekunlaşana qədər “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən mənbəyə qoşulmaq məqsədilə “Şəhər-4” yerüstü orta təzyiqli qaz xəttinin dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllə, Ceyranbatan qəsəbəsinin bir hissəsi, Metallurq bağları ərazisində abonentlərin qaz təchizatında məhdudiyyətlər olacaq.


SON XƏBƏRLƏR