• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Azərbaycanda DƏHŞƏT: Kişi sevgilisinin uşaqlarını vəhşicəsinə döydü - FOTOLAR

HADİSƏ

30 Iyun 2022 | 16:22

Azərbaycanda DƏHŞƏT: Kişi sevgilisinin uşaqlarını vəhşicəsinə döydü - FOTOLAR

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.

Onun sözlərinə görə, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal ailənin faktiki yaşadığı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Eyni zamanda, məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb. (report)


SON XƏBƏRLƏR