• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpü niyə sökülmədi? - RƏSMİ

CƏMİYYƏT

19 Dekabr 2024 | 09:37

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpü niyə sökülmədi? - RƏSMİ

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidinin dekabrın 18-dən 19-na keçən gecə söküləcəyi bildirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, yeni körpünün inşası zamanı avtomobil yolunun tamamilə bağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur.

Söküntü və təmir işləri ilə əlaqədar ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Lakin sözügedən körpü sökülməyib və avtomobillərin hərəkəti normal qaydada davam edir.

Bəs həmin körpü niyə sökülməyib?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gün bu barədə qərar qəbul olunub və körpünün sökülməsinə başlanılacaq:

“Bu gecədən etibarən körpünün sökülməsinə hazırlıq işlərinə başlanılıb. Qısa müddətdə körpünün sökülməsi də gerçəkləşəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025