• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

CƏMİYYƏT

16 Dekabr 2025 | 10:14

Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


SON XƏBƏRLƏR

02 Mart 2026