Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
"Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər", - agentlik yazıb.
Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.