• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Suriya XİN rəhbəri ilk xarici səfərini bu ölkəyə  edəcək

DÜNYA

30 Dekabr 2024 | 22:13

Suriya XİN rəhbəri ilk xarici səfərini bu ölkəyə  edəcək

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani təyinatından sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.

Əş-Şibani səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səudun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcəyini vurğulayıb.

O əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə strateji əlaqələr qurmağı səbirsizliklə gözləyir.

Səfərin tarixi dəqiq məlum deyil.

Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk edib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək keçid dövründə Suriya hökumətinə rəhbərlik edəcək.


SON XƏBƏRLƏR

02 Yanvar 2025