Suriyanın keçid prezidenti Əhməd əl-Şara kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Əbdini prezidentin müşaviri təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, Əhməd əl-Şara avqustun 27-də Mustafa Xəlil Əbdinin, Məzlum Əbdi kimi tanınan şəxsin, prezidentin müşaviri təyin edilməsi ilə bağlı 164 saylı fərman imzalayıb.
Qeyd edək ki, son günlər SDF-nin Suriya dövlət qurumlarına inteqrasiyası ilə bağlı proses sürətlənib. SANA-nın məlumatına görə, SDF-nin dövlət strukturlarına inteqrasiyası Suriya hakimiyyəti ilə kürd tərəfi arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.
Məzlum Əbdinin prezident müşaviri təyin edilməsi də bu prosesin fonunda baş verib.
Günəş Mərd




