• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Suriyanın yeni lideri ilə görüşdən sonra Ərdoğanın ilk açıqlamaları

DÜNYA

04 Fevral 2025 | 22:18

Suriyanın yeni lideri ilə görüşdən sonra Ərdoğanın ilk açıqlamaları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Keçid Hökumətinin rəhbəri Əhməd əl-Şara ilə birgə mətbuat konfransı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan mətbuat konfransı zamanı deyib: 

13 illik qan və göz yaşlarından sonra bölgəmizdə yeni səhifə açıldı. Suriya xalqının indi öz gələcəyini təyin etmək iradəsi var.

Türkiyə olaraq suriyalı qardaş və bacılarımızı ən ümidsiz və çətin günlərində tək qoymadığımız kimi, yeni dövrdə də onlara lazımi dəstəyi verəcəyik.

Mən bu tarixi səfəri ölkələrimiz arasında daimi dostluq və əməkdaşlıq dövrünün başlanğıcı kimi görürəm.

Qonşumuz Suriya ilə bağlı siyasətimizin əsasını çoxdan bu ölkənin ərazi bütövlüyünü və birliyini qoruyub saxlamaq dayanır.

İnanıram ki, həmrəylik içində hərəkət etməklə, ümumi coğrafiyamızda terrordan uzaq sülh və təhlükəsizlik mühitinin hökm sürməsini təmin edəcəyik.


SON XƏBƏRLƏR

04 Fevral 2025