• Bakı 20° C

    5.85 m/s

Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verildi

CƏMİYYƏT

04 Mart 2022 | 10:55

Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verildi

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Bakıvaxtı.az xəbər veri ki, "Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026