• Bakı 18° C

    6.48 m/s

Süveyş kanalında yenə gəmi ilişdi

HADİSƏ

29 May 2021 | 09:40

Süveyş kanalında yenə gəmi ilişdi

“Maersk Emerald” konteyner gəmisi Süveyş kanalının ortasında ilişib qalıb.

Bakivaxti.az xəbər verir ki, gəmi cənub istiqamətində kanaldan keçərkən mühərriyində problemlər yaranıb. “Maersk Emerald” sayadan çıxarılıb və təmir edilib, sonra kanalda hərəkət qaydasına düşüb.

Xatırladaq ki, martın 23-də “Ever Given” gəmisi saya oturması səbəbindən Süveyş kanalını bağlamışdı. Onu sayadan çıxarmaq yalnız martın 29-da mümkün olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026