"SWIFT"in Rusiya banklarını sistemdən ayıracağı tarix açıqlanıb.
Bakıvaxtı.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, "SWIFT"in müvafiq bəyanat şirkətin saytında dərc edilib.
Məlumata görə, "SWIFT" şirkəti Avropa İttifaqının sanksiyalarına məruz qalan Rusiya banklarını martın 12-də beynəlxalq ödəniş sistemindən ayıracaq.
Bəyanatda məhdudiyyətlərin tətbiq olduğu yeddi Rusiya hüquqi şəxsini (və onların Rusiyadakı qeyd olunan törəmə müəssisələrini) "SWIFT" sistemindən ayıracağı vurğulanır.
"Bizdən qeyd olunan müəssisələrin 12 mart 2022-ci ildə sistemdən ayırmaq tələb olunur", - deyə şirkət qeyd edib.
Ramid İbrahimov
















