• Bakı 13° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Tahir Budaqov Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib

SİYASƏT

10 Aprel 2025 | 10:08

Tahir Budaqov Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a YAP-dan məlumat verilib.

Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.

Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.


SON XƏBƏRLƏR

17 Aprel 2025