• Bakı 19° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Taksilərlə bağlı yeni QADAĞA: onların istifadəsi dayandırıldı

CƏMİYYƏT

09 Oktyabr 2024 | 21:16

Taksilərlə bağlı yeni QADAĞA: onların istifadəsi dayandırıldı

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub.

Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) bu məlumatı təsdiqləyiblər. Agentlikdən Fed.az-a bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz.

Qadağanın bugündən tətbiq edilməsinə gəlincə, AYNA-dan bildirilib ki, belə avtomobillərin sahibləri iyulun 1-dək müraciət edə bilərdilər. Həmin tarixə qədər müraciət etməyənlər artıq həmin avtomobillərdən istifadə edə bilməyəcəklər.

"Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edə bilərdilər. 1 iyuldan sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilirlər", - deyə agentlikdən bildirilib.


SON XƏBƏRLƏR

09 Oktyabr 2024