• Bakı 35° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Talaçaydan sel keçir

CƏMİYYƏT

16 Iyun 2025 | 09:25

Talaçaydan sel keçir

Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.


SON XƏBƏRLƏR

14 Iyul 2025