• Bakı 18° C

    3.01 m/s

Taleh Kazımov onu direktor təyin etdi

SİYASƏT

23 Oktyabr 2026 | 17:27 | Müəllif: Əli Hüseynov

Taleh Kazımov onu direktor təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026